9 Mayıs 2011 Pazartesi

QURAN ƏXLAQINA UYĞUN OLMAYAN DAVRANIŞ: LAQEYDLİK

Böyük təhlükələr, fəlakətlər, yolxucu xəstəliklər, ölüm... Bir çox insana təsir edən, düşünməyə sövq edən bu ibrətverici hadisələr bəzi insanların vicdanlarına ciddi təsir etmir, onlar üçün ötəri xəbər əhəmiyyəti daşıyır. Belə laqeyd həyat sürən insan çox əhəmiyyətli hadisələr qarşısında qəflətdə olur, bunların üzərindən rahatlıqla, düşünmədən keçir, gündəlik həyatına davam edir. Əlbəttə ki, burada əsas məqsəd kədərlənmək, romantik olmaq və ya düşünülməmiş addımlar atmaq deyil. Nəzərdə tutulan insanların əhəmiyyətli hadisələr qarşısında belə laqeyd rəftarlarını davam etdirməyi, bunlardan ibrət almamağı və özləri üçün nəticə çıxartmamağıdır.

Yaşananlardan ibrət almağı bacarmaq


Hər şeyə laqeyd yanaşan insanlar başlarına gələn fəlakətlərdə də Allaha sığınmırlar. Allahın insanların üzərində düşünməyi, çəkinib qorxmağı, Ona yönəlməyi üçün yaratdığı vulkan, zəlzələ, sel, yolxucu xəstəliklər kimi fəlakətlər belə bu insanların fikrini dəyişdirmir. Allah Quranda bu mövzu ilə əlaqədar dəniz fırtınasından xilas olan insanların laqeyd rəftarlarına geri dönmələrini ibrət kimi bildirir.
 
Allah Quranda dənizin ortasında fırtınada çarəsiz qalan insanlardan, Allah onları xilas etdikdən sonra yenə laqeyd rəftarlarına geri dönmələrindən bəhs edir. Bu insanlar Allahın sonsuz qüdrətini görməyib laqeydlik göstərərək dünyəvi ehtiraslarına, din əxlaqından uzaq həyatlarına davam edirlər.

Müsəlmanların rəftarı

Quran əxlaqını tətbiq edən müsəlmanlar isə son dərəcə həssas vicdana malikdirlər. Hər şeyin bir məqsədlə yaradıldığına şahid olduqları, hər hadisənin xeyir və hikmətlə yaradıldığına inandıqları üçün ətraflarında olanlara laqeyd qala bilmirlər. Qarşılaşdıqları hər hadisənin hikmətlərini görmək və anlamaq üçün həmişə səy göstərirlər. Əhəmiyyətli hadisələr qarşısında təmkinli olmaqla yanaşı, çox həssas və insanpərvərdilər. Başlarına gələn ən kiçik hadisədə belə, bunu Allahın xeyir və hikmətlə yaratdığını düşünür, Allaha sığınıb Ondan bağışlanma diləyirlər.

8 Mayıs 2011 Pazar

ÜMİTVAR OLMAQ BİR MÖMİN XÜSUSİYYƏTİDİR


ÜMİTVAR OLMAQ BİR MÖMİN XÜSUSİYYƏTİDİR

"Əlinizdən gəldikcə dünya işləriylə çox məşqul olmayın. İbadət üçün özünüzə vaxt ayırın. Çünki kimin məqsədi sırf dünya olsa, Allah işlərini dağıdar. Kasıblığı davamlı ağlına gətirər. Kimin də məqsədi axirət isə, Allah işlərini düzəldər, dincliyini artırar. Zənginliyi ürəyinə yerləşdirər. Haqqında xeyirli olan hər şeyi sürətlə ona yaxınlaşdırar." (Hz. Məhəmməd (s.ə.v))
İman edən bir kimsə, hər şeyini itirmiş olsa da, yenə də ən kiçik bir ümidsizliyə qapılmadan, səbirlə, şövqlə hər şeyə ən başdan başlaya bilər. Sahib olduğu bu şövq, imanından, Allaha qarşı duyduğu sevgi və etibardan, Quran əxlaqını mənimsəmiş olmasından və dünya həyatının keçiciliyini qəti olaraq qavramış olmasından qaynaqlanar. Gələcəkdən yana həmişə ümitvar olan rəftarı, hadisələrin həmişə gözəl istiqamətlərini görən tutumu həyatı boyunca qarşılaşdığı bütün hadisələrdə özünü göstərər.

ALLAH QATINDA TƏK ÜSTÜNLÜK ÖLÇÜSÜ TƏQVADIR

Quran əxlaqından uzaq yaşayan cəmiyyətlərdə, insanların çox əhəmiyyət verdikləri və əldə edə bilmək üçün həyatları boyunca böyük səy göstərdikləri bəzi dəyərlər vardır. Bu dəyərləri, insanlar üçün bu qədər əhəmiyyətli və qiymətli hala gətirən isə, cəmiyyətin bu istiqamətdəki dünyagörüşüdür. 
Həyatlarını Quranda bildirilən doğru məlumatlar üzərinə qurmayan insanlar, həyatlarını cəmiyyətin təyin etdiyi bu dəyər mühakimələrinə görə istiqamətləndirərlər. Bu dəyər mühakimələri, insanların öz ağılları istiqamətində etdikləri mənfəətlərdən ibarətdir. Bu səbəbdən heç bir etibarlılığı yoxdur.

ALLAH İNSANA ÖZ RUHUNDAN ÜFÜRMÜŞDÜR


Kaliforniya Universitetindən neyroloq və psixiatriya professoru Cefri M. Şvartz beyində qırmızı rəngin necə qavranıldığını, gözəl musiqi parçasının bifşteks yeməkdən fərqli şəkildə qavranıldığını və nə üçün ən dəqiq detallara malik olan MR-ların (maqnetik rezonans) belə qavrama işinin mexanizmi haqqında heç bir dəlil vermədiyini öyrənməyə çalışdıqdan sonra bu sualı vermişdir:... niyə beyin mexanizmləri üzərində işləmək, hətta molekulyar səviyyədə tədqiqatlar belə bu suallara heç cür cavab tapa bilmir?


Bu sualın cavabı belədir: çünki sözügedən qavrama mexanizminin cavabı beyində deyil. Bu mexanizm ilə bağlı sualların cavablarına isə insan hüceyrələrini və neyronları tədqiq edərək, molekulyar səviyyədə araşdırmalar apararaq mümkün deyil. Çünki insana xarici aləmi qavradan şey insanın beyninin içində deyil. Bu, beynin, neyronların, hüceyrələrin, elektrik siqnallarının fövqündə duran bir şeydir. Bu, Uca Allah'ın insana bəxş etdiyi ruhdur.

DİN VƏ MATERİALİZM

Bizi kim yaradıb və həyatınızı kimə borclusunuz?...
Ətrafınızda gördüyünüz bütün canlılar, yaşadığınız dünya və bu dünyanın yerləşdiyi kainat necə var olub? Bütün bunları yaradan iradə kimdir?...
Eləcə də mövcud olan bütün bu varlıqların mənası nədir? Onlar müəyyən məqsəd üçün yaradılıblar? Bu məqsəd sizcə nə ola bilər?...
Bu və oxşar suallara əslində birinsanın cavab axtarması çox mühümdür. Amma insanların çoxu bəlkə də bu suallar haqqında heç düşünmədən bir ömür sürürlər. Yalnız nə yeyib-içdiyini, necə pul qazanacağını, digər insanlarla olan əlaqələrini düşünürlər. Bu cür həyat isəhəddindən artıq boş və mənasızdır. Çünki insan qısa müddət sonra öləcək və gerçək məqsədinə uyğun şəkildə yaşamayıbsa ölümlə birlikdə böyük fəlakətə düçar olacaq.

KAMİL İMAN

Insanların bir çoxu “iman gətirdik” deməyin və ya dinə birtərəfli qulluq etməyin kafi olduğunu düşünürlər. Lakin Allah Qurani-Kərimin bir çox ayəsində doğru olanın “xeyir işlərdə yarışıb önə keçmək”, təqva sahibi möminlərə nümunə olmaq və hər an üstün əxlaqlı davranmaq olduğunu bildirmişdir. Möminlər Allahdan həddindən çox qorxmaq, yaxşı əməllərini əsla kafi görməmək və Allah rizasını axtarıb, vicdanlarının səsini dinləyib sona qədər ona əməl etməklə mükəlləfdirlər. İnsanın səmimiyyəti Allahın gözəl hesab etdiyi əxlaqı yaşamaq üçün göstərdiyi səylə ölçülür. Hər işində Allaha yönələn, daima Allahın rizasını və dostluğunu qazanmağa çalışan, qeyd-şərtsiz gözəl əxlaqlı davranan bir şəxs bunun əvəzində imani yetkinliyə, yəni kamil imana çatar. “Kamil” sifəti yetkin, tam, mükəmməl mənasını daşıyır.

ALLAH RİZASI ÜÇÜN SEVMƏK


Dünya həyatındakı tək məqsədləri Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq olan və Allaha könüldən təslim olan möminlər bütün həyatlarını Allah üçün yaşayarlar. Quranın "De: "Mənim namazım da, ibadət də, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür” (Əl-Ən'am Surəsi, 162) ayəsində bildirildiyi kimi, etdikləri hər işdə, göstərdikləri hər rəftarda Allahın razılığını qazanmağı hədəf edərlər. Sahib olduqları hər şeyi Allahın razılığını və məmnuniyyətini qazanmağa həsr edən möminlərin sevgiləri də yenə ancaq Allah üçündür. Allahı bütün sifətləriylə tanıyan, Onun gücünə və böyüklüyünə hər an şahid olan, Rəbbimizin rəhmətini, sevgisini və şəfqətini bütün həyatı boyunca hər an hiss edən bir möminin Allah sevgisi, heç bir sevgiylə müqayisə edilməyəcək qədər güclüdür.

ALLAH'IN HƏR İNSANA İLHAMI: VİCDAN


Vicdan hər insana gözəl davranışı və düşüncəni söyləyən, bir insanın sağlam mühakimə etməsini, doğrunu və yanlışı bir-birindən fərqləndirə bilməsini təmin edən mənəvi xüsusiyyətdir.Vicdanın vacib bir xüsusiyyəti bütün insanlarda ortaq olmasıdır. Yəni bir insanın vicdanına görə doğru olan şey, eyni şərtlər daxilində digər insanların vicdanları üçün də keçərlidir. Vicdanlar heç bir zaman toqquşmur. Bunun səbəbi isə vicdanın mənbəyidir; vicdan Allah'ın ilhamıdır. Allah hər insana vicdanı vasitəsilə Onun razı olacağı ən doğru və ən gözəl davranışları bildirir.

2 Mayıs 2011 Pazartesi

MÖMİNLƏRİN ŞÖVQÜ Möminlərin şövqünün qaynağı Allaha olan imanları, sevgi və bağlılıqlarıdır…

Möminlərin yaşadığı şövq və həyəcan cahiliyyə cəmiyyətində hakim olan "mənfəətlərə dayanan şövq" anlayışından çox fərqlidir. İnananların şövqü Allaha olan sevgilərindən və bağlılıqlarından qaynaqlanır. Onlar sevgilərini cahiliyyə cəmiyyəti kimi həvəslə dünyaya deyil, özlərini yoxdan var edən, ruzi verən, yaşadan, sonsuz mərhəmətli və şəfqətli olan Allaha yönəltmişlər.

29 Nisan 2011 Cuma

ALLAHIN YARATDIĞI SƏNƏTİN TƏCƏLLİSİ: ƏZƏLƏ VƏ SÜMÜK


Quranın bənzərsiz üslubu və ehtiva etdiyi üstün hikmət, onun aləmlərin Rəbbi olan Allahın sözü olmasınıbir daha təsdiq edir. Bunların yanında, Quranın Allah qatından göndərildiyini isbat edən bir çox möcüzəvi cəhətlər vardır. Bu cəhətlərdən biri, 20-ci əsr texnologiyası ilə aydınlaşdırılan bəzi elmi həqiqətlərin 1400 il əvvəl Quranda xəbər verilməsidir. Quranın elmi möcüzələrini başa düşmək üçün, ilk növbədə bu ilahi kitabın göndərildiyi dövrdəki insanların elm səviyyəsinə bir nəzər salmaq lazımdır. Quranın göndərildiyi 7-ci əsrdə, ərəblər elmi məsələlərlə bağlısaysız xurafata və batil inanca sahib idi. Kainatı və təbiəti tədqiq etmək üçün texnologiyaya malik olmayan ərəblər, nəsildən-nəslə ötürülən əfsanələrə inanırdılar.

MÜSƏLMAN QADIN ALLAHA TƏSLİM OLMUŞDUR


Müsəlman qadın Allaha, səmimi bir ürəklə iman etmiş və dərin bir Allah qorxusuyla boyun əymişdir. Allahdan başqa bir İlah olmadığını, Onun bütün varlıqların tək hakimi və sonsuz güc sahibi olduğunu dərk etmişdir. Buna görə də, sadəcə Allahdan qorxar və yalnız Onun razılığını axtarar. Yalnız Allaha ibadət edər, ONU dost bilər və yalnız Ondan kömək istəyər.Hər hansı bir xeyirlə üzləşsə, bunu ona ancaq Allahın verə biləcəyini və eyni şəkildə ona dəyə biləcək bir zərər varsa, bunun qarşısını da Allahın ala biləcəyini, özünü ancaq Allahın qoruya biləcəyini bilərək yaşayar.

28 Nisan 2011 Perşembe

Həqiqi sevgidə hər zaman qarşı tərəfin nəfsi üstun tutulur

İn­san­la­rın bir ço­xu üçün hə­yat­la­rı­nın ən mü­hüm mə­sə­lə­si öz nəfs­lə­ri­nin ra­hat­lı­ğı­dır. An­caq hə­qi­qi sev­gi­də in­san öz nəf­si­ni unu­dur və sev­di­yi in­sa­nın nəf­si ön pla­na ke­çir. Onu ra­hat et­mək üçün əlin­dən gə­lən hər cür cəhd gös­tə­rir. Hər za­man sev­di­yi in­sa­nın is­tək­lə­ri­ni öz is­tək­lə­rin­dən üs­tün tu­tur. Mə­sə­lən, bir­lik­də gör­dük­lə­ri bir işə gö­rə özü­nün tə­rif olun­ma­sın­dan­sa, sev­di­yi in­sa­nın tə­rif­lən­mə­si onun üçün da­ha əhə­miy­yət­li olur.

27 Nisan 2011 Çarşamba

İNSANLARA VERİLƏN BİR NEMƏT: YAĞIŞ

Hər il səmaya buxarlaşan və təkrar yer üzünə yağış olaraq düşən su miqdarı "sabit"dir: 16 milyon ton. Bu sabit miqdar, Quranda "müəyyən bir miqdar su"yun göydən göndərilməsi olaraq xəbər verilir.

"O Allah ki göydən bir ölçü ilə su endirər." (Zuxruf Surəsi, 11)

Hər an milyonlarla metr küp su, okeanlardan atmosferə, oradan da göylərə daşınar. İnsan həyatı, ancaq bu nəhəng su dövranı sayəsində uzun sürə bilir. Əgərr bu dövranı biz təşkil etməyə qalxsaydıq, şübhəsiz Dünyanın bütün texnologiyasını bir yerə gətirsək də bacara bilməzdik. Ancaq buxarlaşma yolu ilə, həyatımızın birinci şərti olan su, bizə xərcsiz və zəhmətsiz bir şəkildə verilmişdir.

Allah Onun Yolunda Olanların Qoruyucusu və Yardımçısıdır


Al­la­ha sə­mi­mi qəlb­dən yö­nə­lən, Onun yo­lun­da olan hər in­san Rəb­bi­mi­zin onu qo­ru­du­ğu­na, Onun doğ­ma­lı­ğı­na və ya­xın­lı­ğı­na hər an şa­hid olur. Al­lah sə­mi­mi qəlb­dən edi­lən, ha­ram­dan uzaq olan və ha­lal olan hər iş­də mö­min­lə­rin yo­lu­nu açır, on­la­ra ra­hat­lıq ve­rir. Al­lah Qu­ra­nın bir çox ayə­sin­də mö­min­lə­rə müt­ləq yar­dım edə­cə­yi­ni, on­la­rı qo­ru­ya­ca­ğı­nı və dai­ma ali mə­qa­ma gə­ti­rə­cə­yi­ni vəd edir. Al­lah bu ayə­lər­dən bi­rin­də be­lə bu­yu­rur: «...İman gə­ti­rən­lə­rə kö­mək et­mək Bi­zə va­cib­dir!» («Rum» su­rə­si, 47). 
Al­la­hın hər an kö­mə­yi ilə dəs­tək­lə­di­yi mö­min­lə­rə da­ir ən gö­zəl ör­nək­lər­dən bi­ri Hz. Mu­sa­nın hə­ya­tı­dır.

UCA ALLAH ÖZ YOLUNA TABE OLANLARI CƏNNƏTLƏ MÜJDƏLƏYİR


Allahın razılığını hər şeyin üstündə görən, üstün bir əxlaqa sahib olan Hz. Xədicə (r.ə) anamız, başda mömin qadınlar olmaq üzrə bütün möminlər üçün gözəl bir nümunədir. Bu səbəblə möminlər, Peyğəmbər Əfəndimiz (səv)ın və Hz. Xədicə (rə)ın əxlaqını, -şərtlər nə olursa olsun- göstərdikləri üstün davranışları nümunə götürərlər. Allah Qatında üstünlüyün təqva, ixlas, təvazökarlıq və imanda olduğunu bilərlər.Unudulmamalıdır ki Uca Rəbbimiz Quranda
“Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.” (Nisa Surəsi, 124) ayəsiylə, qadın və ya kişi, heç bir fərq güdülmədən saleh əməllər edən hər insanın, Allahın razılığı, rəhməti, neməti və cənnəti ilə qarşılıq görəcəyini vəd etmişdir

ALLAH İNSANIN DUASINI QƏBUL EDƏR


Sonsuz mərhəmət, şəfqət və güc sahibi olan Allah Quranda insanlara çox yaxın olduğunu, Ona dua edənin duasını qəbul edəcəyini bildirir. ALLAH quranda belə bildirmişdir:
“Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul ədib Mənə iman gətirsinlər. Bununla
da,ola bilsin ki, doğru yola yetişsinlər.”  ("Bəqərə" surəsi, 186) Allah ayədə də bildirdiyi kimi, hər insana çox yaxındır, hər insanın ürəyindən keçirdiklərini, düşündüklərini, bir dostuna söylədiklərini, pıçıldaşaraq danışdıqlarını, hətta şüurlarından keçirdiklərini belə bilir.

QURANDA QADIN VƏ KİŞİYƏ XİTAB EYNİDİR


Quran ayələrinin hamısına baxıldığında, Allahın qadın və kişiyə ortaq bir xitab şəkli istifadə etdiyi görülməkdədir. Allah Quranda bir adamın gənc, yaşlı, qadın ya da kişi olmasının deyil, səmimi bir ürəklə iman etməsinin əhəmiyyətli olduğunu bildirməkdədir. Bu istiqamətdə Allah Quran ayələrində bütün xitabları qadına və kişiyə bir yerdə etməkdə və hər ikisinin də eyni məsuliyyətlərə sahib olduqlarını xatırlatmaqdadır. Quranda bu şəkildə bir çox ayə vardır. Allah Quranda,
Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz. (Nisa Surəsi, 124)

ALLAHA TƏVƏKKÜL


Mömin qarşılaşdığı hər hadisəni Allah'ın xüsusi olaraq imtahan məqsədilə yaratdığını bilməli, Allah'a təvəkkül etməli və Onun rizasına ən uyğun şəkildə davranmalıdır.Sonsuz hikmətlə yaradan Allah Günəş sistemindən tutmuş bütün kainata qədər hər şeyi insana xidmət edəcək şəkildə yaratmışdır. Ortada bu qədər açıq həqiqət varkən insan həyatının bir məqsədi olmadığını düşünmək böyük bir cəhalətdir. Əlbəttə, insanın bir yaradılış məqsədi var və bu məqsədi Allah belə açıqlayır:Men insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.” (Zariyat surəsi, 56)
Insanların çox az bir qismi bu yaradılış məqsədini qavrayır və buna uyğun şəkildə yaşayır.

26 Nisan 2011 Salı

ALLAHI ÇOX ZİKR ETMƏK


Allaha həsr olunmuş bir həyat üçünəlbəttə Allahla yaxın dialoq qurmaq lazımdır. Bu dialoqun yolu "zikr" yəni Allahı xatırlamaqdır. Mömin, "Ey iman edənlər, Allahı çox zikr edin" (Əhzab Surəsi, 41) hökmünə uyğun olaraq gündəlik həyatının hər anında zikr və dua halında olmalı, verilən nemətlərə qarşı için-için şükr etməli, səhvlərinə görə bağışlanma diləməli, edəcəyi işlər üçün kömək istəməli və tez-tez Allahı təsbih edib ucaltmalıdır. Mömini "Allahla dost" edən ibadət zikrdir.

25 Nisan 2011 Pazartesi

Təvazökar olmaq


Hə­qi­qi sev­gi­nin ya­ran­ma­sı üçün ilk ön­cə sev­gi­nin qar­şı­sın­da du­ran eqo­ist­lik, mə­na­fe­çi­lik və qey­ri-sə­mi­mi­lik ki­mi ma­neə­lə­rin ara­dan qal­dı­rıl­ma­sı la­zım­dır. Tə­kəb­bür sev­gi­nin ya­ran­ma­sı­na ma­ne olan ən mü­hüm sə­bəb­lər­dən bi­ri­dir. Tə­va­zö­kar­lıq isə sev­gi­nin ən mü­hüm şərt­lə­rin­dən­dir. Çün­ki tə­vö­za­kar­lıq ol­ma­yan və özü­nü di­gər in­san­lar­dan üs­tün tu­tan bir ada­mın hə­yat­da ən çox qiy­mət­lən­dir­di­yi var­lıq öz nəf­si olar. Di­gər in­san­la­rı özün­dən də­yər­siz və da­ha aşa­ğı sə­viy­yə­li he­sab edər.

Allah Rizası Üçün Sevmək

Dün­ya hə­ya­tın­da­kı ye­ga­nə məq­səd­lə­ri Al­la­hın ri­za­sı­nı, rəh­mə­ti­ni və cən­nə­ti­ni qa­zan­maq olan və Al­la­ha ürək­dən təs­lim olan mö­min­lər bü­tün hə­yat­la­rı­nı Al­lah üçün ya­şa­yır­lar. Qu­ra­nın «De: «Mə­nim na­ma­zım da, iba­də­tim də, hə­ya­tım və ölü­müm də aləm­lə­rin Rəb­bi Al­lah üçün­dür!» (Ənam su­rə­si, 162) ayə­si­lə bil­di­ri­li­di­yi ki­mi, gör­dük­lə­ri hər iş­də, gös­tər­dik­lə­ri hər dav­ra­nış­da Al­la­hın ri­za­sı­nı qa­zan­ma­ğı məqsəd güdürlər. Al­la­hın ri­za­sı­nı və ra­zı­lı­ğı­nı qa­zan­maq üçün sa­hib ol­duq­la­rı hər şe­yi sərf edən mö­min­lə­rin sev­gi­lə­ri də ye­nə an­caq Al­lah üçün­dür. Al­la­hı bü­tün si­fət­lə­ri ilə ta­nı­yan, Onun gü­cü­nə və bö­yük­lü­yü­nə hər an şa­hid olan, Rəb­bi­mi­zin rəh­mə­ti­ni, sev­gi­si­ni və şəf­qə­ti­ni bü­tün hə­ya­tı bo­yun­ca hər an hiss edən mö­mi­nin Al­lah sev­gi­si heç bir sev­gi ilə mü­qa­yi­sə edil­mə­yə­cək qə­dər güc­lü­dür. Al­lah «Bə­qə­rə» su­rə­sin­də mö­min­lə­rin Ona olan güc­lü sev­gi­lə­ri ilə müş­rik­lə­rin yal­nış sev­gi an­la­yış­la­rı ara­sın­da­kı fər­qi be­lə bil­di­ri­lir: