27 Nisan 2011 Çarşamba

ALLAH İNSANIN DUASINI QƏBUL EDƏR


Sonsuz mərhəmət, şəfqət və güc sahibi olan Allah Quranda insanlara çox yaxın olduğunu, Ona dua edənin duasını qəbul edəcəyini bildirir. ALLAH quranda belə bildirmişdir:
“Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul ədib Mənə iman gətirsinlər. Bununla
da,ola bilsin ki, doğru yola yetişsinlər.”  ("Bəqərə" surəsi, 186) Allah ayədə də bildirdiyi kimi, hər insana çox yaxındır, hər insanın ürəyindən keçirdiklərini, düşündüklərini, bir dostuna söylədiklərini, pıçıldaşaraq danışdıqlarını, hətta şüurlarından keçirdiklərini belə bilir.
Beləliklə, Allah Ona üz tutub dua edən, Ondan istəyi olan hər kəsi eşidir və bilir. Bu insanlar üçün çox böyük bir nemət və Allahın mərhəmətinin, rəhmətinin və sonsuz gücünün göstəricisidir.Dua hər insan üçün çox vacib ibadət və böyük nemətdir. Çünki Allah insana dua vasitəsilə Allahın xeyirli və gözəl gördüyü hər şeyə yetişmə imkanı vermişdir.
De: “Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir - qiymətiniz olar?” (Furqan surəsi, 77)
ayəsi ilə ALLAH duanın insanlar üçün əhəmiyyətini bildirməkdədir.

Allah sıxıntı və ehtiyac içində olanın duasını qəbul edər

Dua insanın ALLAHA ən yaxın olduğu andır. Çünki insan dua edərkən həm Allahın qarşısında nə qədər aciz və gücsüz olduğunu anlayır, həm də ona Allahdan başqa heç bir gücün köməy olmayacağının fərqinə varır. ALLAHIN bildirdiyi məqbul dua “yalvara – yalvara” edilən duadır:

“Rəbbinizə yalvara - yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!” (Əraf surəsi, 55)

Hiç yorum yok:

Yorum Gönder