27 Nisan 2011 Çarşamba

QURANDA QADIN VƏ KİŞİYƏ XİTAB EYNİDİR


Quran ayələrinin hamısına baxıldığında, Allahın qadın və kişiyə ortaq bir xitab şəkli istifadə etdiyi görülməkdədir. Allah Quranda bir adamın gənc, yaşlı, qadın ya da kişi olmasının deyil, səmimi bir ürəklə iman etməsinin əhəmiyyətli olduğunu bildirməkdədir. Bu istiqamətdə Allah Quran ayələrində bütün xitabları qadına və kişiyə bir yerdə etməkdə və hər ikisinin də eyni məsuliyyətlərə sahib olduqlarını xatırlatmaqdadır. Quranda bu şəkildə bir çox ayə vardır. Allah Quranda,
Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz. (Nisa Surəsi, 124)

ayəsində, səmimi iman etdiyi zaman, insanın qadın ya da kişi olmasının heç bir əhəmiyyəti olmadığını, heç bir haqsızlığa uğramadan, mütləq Allahın rəhməti və cənnəti ilə qarşılıq görəcəyini xatırlatmışdır.
Allahın qadın və kişiyə ortaq xitab etdiyi bir başqa ayə isə belədir:

Kim pis bir iş tutsa, o ancaq işinin həddi qədər cəza alar. Mömin olmaqla bərabər, yaxşı iş görən kişilər və qadınlar Cənnətə daxil olub orada hesabsız ruziyə nail olarlar. (Mümin Surəsi, 40)


Allah, Quranda möminlərə olduğu kimi, inkar edənlər haqqında məlumat verərkən də qadınlara və kişilərə eyni şəkildə xitab etməkdədir. Allah, inkar edən qadınlar ilə inkar edən kişilərin, münafiq qadınlar ilə münafiq kişilərin və müşrik qadınlar ilə müşrik kişilərin də axirət günündə eyni şəkildə qarşılıq görəcəyini, cinsiyyətlərinə görə fərqli bir qarşılıq görməyəcəklərini bildirməkdədir. Bu ayələrdən bəziləri belədir:

Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar (insanları) pis işlər görməyə vadar edir, yaxşı əməllərə qadağa qoyur və xəsislik göstərirlər. Onlar Allahı unutdular. Allah da onları unutdu. Həqiqətən, münafiqlər günahkardırlar. (Tövbə Surəsi, 67)Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içərisində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. (Bu) onlara kifayət edər! Allah onlara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır. (Tövbə Surəsi, 68)

(Bu əmanət insana ona görə verildi) ki, Allah münafiq kişiləri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınları cəzalandırsın, mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etsin. Allah Bağışlayandır, Rəhmlidir. (Əhzab Surəsi, 73)
(Həm də ona görədir) ki, Allah Özü barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab versin. Onların pis niyyəti özlərini bəlaya salsın! Allahın onlara qəzəbi tutmuşdur. (Allah) onları lənətləmiş və onlar üçün Cəhənnəm hazırlamışdır. Ora nə pis dönüş yeridir. (Fəth Surəsi, 6)

Hiç yorum yok:

Yorum Gönder