9 Mayıs 2011 Pazartesi

QURAN ƏXLAQINA UYĞUN OLMAYAN DAVRANIŞ: LAQEYDLİK

Böyük təhlükələr, fəlakətlər, yolxucu xəstəliklər, ölüm... Bir çox insana təsir edən, düşünməyə sövq edən bu ibrətverici hadisələr bəzi insanların vicdanlarına ciddi təsir etmir, onlar üçün ötəri xəbər əhəmiyyəti daşıyır. Belə laqeyd həyat sürən insan çox əhəmiyyətli hadisələr qarşısında qəflətdə olur, bunların üzərindən rahatlıqla, düşünmədən keçir, gündəlik həyatına davam edir. Əlbəttə ki, burada əsas məqsəd kədərlənmək, romantik olmaq və ya düşünülməmiş addımlar atmaq deyil. Nəzərdə tutulan insanların əhəmiyyətli hadisələr qarşısında belə laqeyd rəftarlarını davam etdirməyi, bunlardan ibrət almamağı və özləri üçün nəticə çıxartmamağıdır.

Yaşananlardan ibrət almağı bacarmaq


Hər şeyə laqeyd yanaşan insanlar başlarına gələn fəlakətlərdə də Allaha sığınmırlar. Allahın insanların üzərində düşünməyi, çəkinib qorxmağı, Ona yönəlməyi üçün yaratdığı vulkan, zəlzələ, sel, yolxucu xəstəliklər kimi fəlakətlər belə bu insanların fikrini dəyişdirmir. Allah Quranda bu mövzu ilə əlaqədar dəniz fırtınasından xilas olan insanların laqeyd rəftarlarına geri dönmələrini ibrət kimi bildirir.
 
Allah Quranda dənizin ortasında fırtınada çarəsiz qalan insanlardan, Allah onları xilas etdikdən sonra yenə laqeyd rəftarlarına geri dönmələrindən bəhs edir. Bu insanlar Allahın sonsuz qüdrətini görməyib laqeydlik göstərərək dünyəvi ehtiraslarına, din əxlaqından uzaq həyatlarına davam edirlər.

Müsəlmanların rəftarı

Quran əxlaqını tətbiq edən müsəlmanlar isə son dərəcə həssas vicdana malikdirlər. Hər şeyin bir məqsədlə yaradıldığına şahid olduqları, hər hadisənin xeyir və hikmətlə yaradıldığına inandıqları üçün ətraflarında olanlara laqeyd qala bilmirlər. Qarşılaşdıqları hər hadisənin hikmətlərini görmək və anlamaq üçün həmişə səy göstərirlər. Əhəmiyyətli hadisələr qarşısında təmkinli olmaqla yanaşı, çox həssas və insanpərvərdilər. Başlarına gələn ən kiçik hadisədə belə, bunu Allahın xeyir və hikmətlə yaratdığını düşünür, Allaha sığınıb Ondan bağışlanma diləyirlər.

8 Mayıs 2011 Pazar

ÜMİTVAR OLMAQ BİR MÖMİN XÜSUSİYYƏTİDİR


ÜMİTVAR OLMAQ BİR MÖMİN XÜSUSİYYƏTİDİR

"Əlinizdən gəldikcə dünya işləriylə çox məşqul olmayın. İbadət üçün özünüzə vaxt ayırın. Çünki kimin məqsədi sırf dünya olsa, Allah işlərini dağıdar. Kasıblığı davamlı ağlına gətirər. Kimin də məqsədi axirət isə, Allah işlərini düzəldər, dincliyini artırar. Zənginliyi ürəyinə yerləşdirər. Haqqında xeyirli olan hər şeyi sürətlə ona yaxınlaşdırar." (Hz. Məhəmməd (s.ə.v))
İman edən bir kimsə, hər şeyini itirmiş olsa da, yenə də ən kiçik bir ümidsizliyə qapılmadan, səbirlə, şövqlə hər şeyə ən başdan başlaya bilər. Sahib olduğu bu şövq, imanından, Allaha qarşı duyduğu sevgi və etibardan, Quran əxlaqını mənimsəmiş olmasından və dünya həyatının keçiciliyini qəti olaraq qavramış olmasından qaynaqlanar. Gələcəkdən yana həmişə ümitvar olan rəftarı, hadisələrin həmişə gözəl istiqamətlərini görən tutumu həyatı boyunca qarşılaşdığı bütün hadisələrdə özünü göstərər.

ALLAH QATINDA TƏK ÜSTÜNLÜK ÖLÇÜSÜ TƏQVADIR

Quran əxlaqından uzaq yaşayan cəmiyyətlərdə, insanların çox əhəmiyyət verdikləri və əldə edə bilmək üçün həyatları boyunca böyük səy göstərdikləri bəzi dəyərlər vardır. Bu dəyərləri, insanlar üçün bu qədər əhəmiyyətli və qiymətli hala gətirən isə, cəmiyyətin bu istiqamətdəki dünyagörüşüdür. 
Həyatlarını Quranda bildirilən doğru məlumatlar üzərinə qurmayan insanlar, həyatlarını cəmiyyətin təyin etdiyi bu dəyər mühakimələrinə görə istiqamətləndirərlər. Bu dəyər mühakimələri, insanların öz ağılları istiqamətində etdikləri mənfəətlərdən ibarətdir. Bu səbəbdən heç bir etibarlılığı yoxdur.

ALLAH İNSANA ÖZ RUHUNDAN ÜFÜRMÜŞDÜR


Kaliforniya Universitetindən neyroloq və psixiatriya professoru Cefri M. Şvartz beyində qırmızı rəngin necə qavranıldığını, gözəl musiqi parçasının bifşteks yeməkdən fərqli şəkildə qavranıldığını və nə üçün ən dəqiq detallara malik olan MR-ların (maqnetik rezonans) belə qavrama işinin mexanizmi haqqında heç bir dəlil vermədiyini öyrənməyə çalışdıqdan sonra bu sualı vermişdir:... niyə beyin mexanizmləri üzərində işləmək, hətta molekulyar səviyyədə tədqiqatlar belə bu suallara heç cür cavab tapa bilmir?


Bu sualın cavabı belədir: çünki sözügedən qavrama mexanizminin cavabı beyində deyil. Bu mexanizm ilə bağlı sualların cavablarına isə insan hüceyrələrini və neyronları tədqiq edərək, molekulyar səviyyədə araşdırmalar apararaq mümkün deyil. Çünki insana xarici aləmi qavradan şey insanın beyninin içində deyil. Bu, beynin, neyronların, hüceyrələrin, elektrik siqnallarının fövqündə duran bir şeydir. Bu, Uca Allah'ın insana bəxş etdiyi ruhdur.

DİN VƏ MATERİALİZM

Bizi kim yaradıb və həyatınızı kimə borclusunuz?...
Ətrafınızda gördüyünüz bütün canlılar, yaşadığınız dünya və bu dünyanın yerləşdiyi kainat necə var olub? Bütün bunları yaradan iradə kimdir?...
Eləcə də mövcud olan bütün bu varlıqların mənası nədir? Onlar müəyyən məqsəd üçün yaradılıblar? Bu məqsəd sizcə nə ola bilər?...
Bu və oxşar suallara əslində birinsanın cavab axtarması çox mühümdür. Amma insanların çoxu bəlkə də bu suallar haqqında heç düşünmədən bir ömür sürürlər. Yalnız nə yeyib-içdiyini, necə pul qazanacağını, digər insanlarla olan əlaqələrini düşünürlər. Bu cür həyat isəhəddindən artıq boş və mənasızdır. Çünki insan qısa müddət sonra öləcək və gerçək məqsədinə uyğun şəkildə yaşamayıbsa ölümlə birlikdə böyük fəlakətə düçar olacaq.