27 Nisan 2011 Çarşamba

Allah Onun Yolunda Olanların Qoruyucusu və Yardımçısıdır


Al­la­ha sə­mi­mi qəlb­dən yö­nə­lən, Onun yo­lun­da olan hər in­san Rəb­bi­mi­zin onu qo­ru­du­ğu­na, Onun doğ­ma­lı­ğı­na və ya­xın­lı­ğı­na hər an şa­hid olur. Al­lah sə­mi­mi qəlb­dən edi­lən, ha­ram­dan uzaq olan və ha­lal olan hər iş­də mö­min­lə­rin yo­lu­nu açır, on­la­ra ra­hat­lıq ve­rir. Al­lah Qu­ra­nın bir çox ayə­sin­də mö­min­lə­rə müt­ləq yar­dım edə­cə­yi­ni, on­la­rı qo­ru­ya­ca­ğı­nı və dai­ma ali mə­qa­ma gə­ti­rə­cə­yi­ni vəd edir. Al­lah bu ayə­lər­dən bi­rin­də be­lə bu­yu­rur: «...İman gə­ti­rən­lə­rə kö­mək et­mək Bi­zə va­cib­dir!» («Rum» su­rə­si, 47). 
Al­la­hın hər an kö­mə­yi ilə dəs­tək­lə­di­yi mö­min­lə­rə da­ir ən gö­zəl ör­nək­lər­dən bi­ri Hz. Mu­sa­nın hə­ya­tı­dır. Hz. Mu­sa ya­şa­dı­ğı şə­hər­dən qaç­dıq­dan son­ra, Al­la­ha «Ey Rəb­bim! Mən Sə­nin mə­nə na­zil edə­cə­yin xey­rə möh­ta­cam!» («Qə­səs» su­rə­si, 24) de­yə­rək dua et­miş­dir. Al­lah onun dua­sı­nı qə­bul et­miş və onu bir qövm­lə qar­şı­laş­dır­mış­dır. Bu şə­kil­də, Hz. Mu­sa, eti­bar­lı in­san­la­rın ya­nın­da qal­maq və iş­lə­mək im­ka­nı tap­mış­dır
 
Al­lah Hz. Mu­sa­ya pey­ğəm­bər­lik ver­dik­dən son­ra, Hz. Mu­sa­nın is­tə­yi­nə gö­rə onu qar­da­şı Hz.Ha­run ilə dəs­tək­lə­yə­rək güc­lən­dir­miş­dir. Fi­ron və onun or­du­su­nun Hz. Mu­sa­nın və Hz. Ha­ru­nun üzə­ri­nə düş­dük­lə­ri za­man Al­lah ye­nə on­la­ra yar­dım et­miş­dir. Al­lah də­ni­zi ya­ra­raq, Hz. Mu­sa və ya­nın­da­kı­la­ra ke­çə bi­lə­cək­lə­ri bir yol aç­mış, Fi­ron və or­du­su­nu isə su­da boğ­muş­dur. Al­lah Hz. Mu­sa və Hz. Ha­ru­na et­di­yi kö­mə­yi­ni «Saf­fat» su­rə­sin­də be­lə bil­di­rir: 
«Biz Mu­sa və Ha­ru­na də ne­mət bəxş et­dik. On­la­rın hər iki­si­ni bö­yük fə­la­kət­dən qur­tar­dıq. On­la­ra yar­dım et­dik və on­lar qa­lib gəl­di­lər» («Saf­fat» su­rə­si, 114-116).

Al­lah, Hz. Nu­ha da yar­dım et­miş, qöv­mü­nə gə­lə­cək tu­fan­dan onu və di­gər in­san­la­rı qo­ru­maq üçün Hz. Nu­ha gə­mi dü­zəlt­mə­si­ni vəhy et­miş­dir. 
Al­lah Hz. İsa­nı çar­mı­xa çə­ki­lə­rək öl­dü­rül­mək üz­rə ikən, onu öz qa­tı­na yük­səl­də­rək qo­ru­muş­dur. Al­lah Hz. Yu­si­fi zin­dan­dan xi­las et­miş, onu yüksək möv­qe­yə yük­səlt­miş­dir. Rəb­bi­miz, Pey­ğəm­bə­ri­miz Hz. Mə­həm­mə­də (s.ə.v.) də dai­ma yar­dım et­miş, onun üzə­rin­də­ki yü­kü dai­ma yün­gül­ləş­dir­miş­dir. Al­lah Qu­ran ayə­lə­ri ilə Pey­ğəm­bə­ri­mi­zin (s.ə.v.) hi­ma­yə­çi­si, qo­ru­yu­cu­su və yar­dım­çı­sı ol­du­ğu­nu müc­də­lə­yə­rək mö­min­lə­rin qəlb­lə­ri­nə ra­hat­lıq və inam duy­ğu­su ver­miş­dir. 

«De: «Əgər Al­lah si­zə bir pis­lik, ya­xud bir yax­şı­lıq di­lə­sə, Al­la­hın si­zin haq­qı­nız­da gö­rə­cə­yi bu işə kim ma­ne ola bi­lər?! On­lar öz­lə­ri üçün Al­lah­dan baş­qa nə bir ha­mi, nə də bir mə­dəd­kar ta­pa bi­lər­lər» («Əh­zab» su­rə­si, 17). 

«And ol­sun ki, pey­ğəm­bər bən­də­lə­ri­miz haq­qın­da əv­vəl­cə­dən bu sö­zü­müz de­yil­miş­di: «On­lar müt­ləq qa­lib gə­lə­cək­lər. Bi­zim əs­kər­lə­ri­miz la­büd ola­raq zə­fər ça­la­caq­lar!»« («Saf­fat» su­rə­si, 171-173). 

«Ey iman gə­ti­rən­lər! Əgər siz Al­la­ha yar­dım gös­tər­sə­niz, O da si­zə yar­dım gös­tə­rər və si­zi sa­bit­qə­dəm edər» («Mu­həm­məd» su­rə­si, 7).

İn­san hər an Al­la­ha möh­tac­dır. Heç bir in­sa­nın Al­lah­dan baş­qa yar­dım­çı­sı yox­dur. Hər han­sı sı­xın­tı ilə qar­şı­laş­dı­ğı za­man ona kö­mək edə bi­lə­cək olan yal­nız Al­lah­dır. Al­lah in­san­la­ra rəh­mət ola­raq, dün­ya hə­ya­tın­da qar­şı­la­şa bi­lə­cək­lə­ri çə­tin­lik­lə­ri ara­dan qal­dır­maq üçün bir çox ne­mət ya­rat­mış­dır. İn­sa­nın bu ne­mət­lər­dən fay­da­la­nar­kən, bun­la­rı müs­tə­qil güc sa­hi­bi olan var­lıq ki­mi dü­şün­mə­si bö­yük xə­ta olar. Çün­ki əs­lin­də bü­tün bun­la­rı ya­ra­dan Al­lah­dır və hər bi­ri an­caq Al­la­hın is­tə­mə­si ilə in­san­lar üçün ne­mə­tə və rəh­mə­tə çev­ri­lir. Söz­gə­li­şi, xəs­tə­li­yi­nə gö­rə hə­kim­dən kö­mək is­tə­yən insana, əs­lin­də bu kö­mə­yi gös­tə­rən yal­nız Al­lah­dır. Hə­kim isə, an­caq Al­la­hın is­tə­mə­si ilə in­sa­na şə­fa ve­rə bi­lər. Ey­ni ilə haq­qı­nı qo­ru­ma­sı üçün özü­nə və­kil ola­raq hü­quq­şü­nas tu­tan ada­mın da əsl və­ki­li an­caq Al­lah­dır. Və­kil an­caq Al­la­hın is­tə­mə­si ilə bir in­sa­nın haq­qı­nı qo­ru­ya bi­lər. Hə­qi­qət­də isə ha­di­sə­lə­ri ən gö­zəl şə­kil­də ta­mam­la­yan və in­sa­na ne­mə­ti­ni çat­dı­ran yal­nız Al­lah­dır.

Hiç yorum yok:

Yorum Gönder