
«İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir...» («Bəqərə» surəsi, 165).
Ayədə bildirildiyi kimi, insanlardan bir qismi Allaha şərik qoşur və digər varlıqları Allahı sevən kimi sevirlər (Allah bunlardan uzaqdır). Möminlər isə heç bir insanın, maddənin və ya canlının həqiqətdə özünə məxsus gücü və ya gözəlliyi olmadığını bilirlər. Bunların hamısını, malik olduqları bütün xüsusiyyətlərlə birlikdə yoxdan yaradan ancaq Allahdır. Heç bir canlı öz gözəlliyini planlaşdırıb meydana gətirə bilməz. Bir insanın üzündəki gözəlliyi və ya bir heyvanın sevimli olmasını müəyyən ömürlə yaradan və əcəlləri gələndə hamısını yox edən Allahdır. Hər gözəllik yalnız Allahın hakimiyyətindədir. Buna görə də mömin qarşılaşdığı bütün gözəllikləri, insanları, heyvanları, təbiəti Allahın yaratdığını bildiyi üçün sevər. Dolayısı ilə əsl sevgisi bütün bu gözəllikləri ona verən və hər şeyin sahibi olan Allaha yönəlməlidir.
Peyğəmbərimiz (s.ə.v.) möminlərə bir-birlərinə qarşı bəslədikləri sevginin Allah rizası üçün olması vacibliyini xatırlatmışdır:
Hz. Əbu Zərr (r.a.) bildirir: «Rəsulullah (s.ə.v.) buyurdu ki: «Əməllərin ən fəzilətlisi Allah rizası üçün sevmək, Allah rizası üçün kin bəsləməkdir».
Hiç yorum yok:
Yorum Gönder