9 Mayıs 2011 Pazartesi

QURAN ƏXLAQINA UYĞUN OLMAYAN DAVRANIŞ: LAQEYDLİK

Böyük təhlükələr, fəlakətlər, yolxucu xəstəliklər, ölüm... Bir çox insana təsir edən, düşünməyə sövq edən bu ibrətverici hadisələr bəzi insanların vicdanlarına ciddi təsir etmir, onlar üçün ötəri xəbər əhəmiyyəti daşıyır. Belə laqeyd həyat sürən insan çox əhəmiyyətli hadisələr qarşısında qəflətdə olur, bunların üzərindən rahatlıqla, düşünmədən keçir, gündəlik həyatına davam edir. Əlbəttə ki, burada əsas məqsəd kədərlənmək, romantik olmaq və ya düşünülməmiş addımlar atmaq deyil. Nəzərdə tutulan insanların əhəmiyyətli hadisələr qarşısında belə laqeyd rəftarlarını davam etdirməyi, bunlardan ibrət almamağı və özləri üçün nəticə çıxartmamağıdır.


Laqeydliyi həyat tərzi olaraq mənimsəyənlər

Laqeydliyi həyat tərzinə gətirən insanların özlərinə məxsus kiçik dünyaları var. Bu insanlar heç nəyi düşünmür və təkcə o anı yaşayırlar. Sanki ovsunlanıblar. Yaşadıqları həyatı pozmaq istəmirlər. Düşündükcə həqiqəti görüb, Allahdan qorxacaqlarını bildikləri üçün hər şeyə qarşı laqeyd olurlar. Məsələn, dünya həyatının müvəqqəti olduğunu, Allahın varlığını və axirətin həqiqiliyini xatırladan ölüm hadisəsi və ya qəza xəbəri bu insanlar üçün hər gün yaşanan, yüzlərlə insanın başına gələn normal hadisədir. Onlar düşünmək, ölümün yaxınlığını xatırlayaraq Allahdan çəkinib qorxmaq, tövbə etməkdənsə, bu mövzular üzərində heç düşünmürlər. Əksinə, bütün diqqətlərini gündəlik işlərinə verərək xəbərin üzərlərindəki təsirini azaltmağa çalışırlar. Halbuki Allah Quranda bu hadisələrin insanların ibrət alması üçün olduğunu bildirir:
"Münafiqlər ildə bir-iki dəfə bəlaya giriftar olduqlarını görmürlərmi? Bununla belə, yenə tövbə edib ibrət almırlar." (Tövbə surəsi, 126)
Diqqətlə baxsaq, bu insanların ölümdən qorxmadıqlarını, ölümün də doğum kimi təbii hadisə olduğunu tez-tez vurğuladıqlarını görürük. Bu insanlar ölümün axirət həyatının başlanğıcı olduğundan heç bəhs etmirlər. Həmişə başqaları öləcək, özləri isə sonsuzadək dünyada yaşayacaqmış kimi düşüncəyə sahib olurlar. Bu insanlar boş söhbətlər edərək ölümün yaxınlığını, Allaha hesab verəcəklərini düşünməkdən çəkinirlər. Ölümlə birlikdə heç kimin yenidən dünyaya dönmə ehtimalı olmadığına görə, öldükdən sonra dünyada edilənlərdən peşmanlıq duyulsa belə, artıq bunun geriyə yolu olmadığı üçün də bunlardan heç bəhs etmirlər. Allah bu laqeydliyi yaşayan insanların içində olduqları qəfləti "İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. Rəbbindən onlara (bir-birinin ardınca) elə bir yeni xəbərdarlıq (öyüd-nəsihət) gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər" (Ənbiya Surəsi, 1-2) ayəsi ilə bildirir.

Hiç yorum yok:

Yorum Gönder