9 Mayıs 2011 Pazartesi

Müsəlmanların rəftarı

Quran əxlaqını tətbiq edən müsəlmanlar isə son dərəcə həssas vicdana malikdirlər. Hər şeyin bir məqsədlə yaradıldığına şahid olduqları, hər hadisənin xeyir və hikmətlə yaradıldığına inandıqları üçün ətraflarında olanlara laqeyd qala bilmirlər. Qarşılaşdıqları hər hadisənin hikmətlərini görmək və anlamaq üçün həmişə səy göstərirlər. Əhəmiyyətli hadisələr qarşısında təmkinli olmaqla yanaşı, çox həssas və insanpərvərdilər. Başlarına gələn ən kiçik hadisədə belə, bunu Allahın xeyir və hikmətlə yaratdığını düşünür, Allaha sığınıb Ondan bağışlanma diləyirlər.
Allah Quranda müsəlmanların bu davranışını nümunə olaraq göstərir, rəhmətinin və bağışlayıcılığının onlar üçün olduğunu bildirir:

O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır! (Bəqərə surəsi, 156-157)

Hiç yorum yok:

Yorum Gönder