8 Mayıs 2011 Pazar

ALLAH RİZASI ÜÇÜN SEVMƏK


Dünya həyatındakı tək məqsədləri Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq olan və Allaha könüldən təslim olan möminlər bütün həyatlarını Allah üçün yaşayarlar. Quranın "De: "Mənim namazım da, ibadət də, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür” (Əl-Ən'am Surəsi, 162) ayəsində bildirildiyi kimi, etdikləri hər işdə, göstərdikləri hər rəftarda Allahın razılığını qazanmağı hədəf edərlər. Sahib olduqları hər şeyi Allahın razılığını və məmnuniyyətini qazanmağa həsr edən möminlərin sevgiləri də yenə ancaq Allah üçündür. Allahı bütün sifətləriylə tanıyan, Onun gücünə və böyüklüyünə hər an şahid olan, Rəbbimizin rəhmətini, sevgisini və şəfqətini bütün həyatı boyunca hər an hiss edən bir möminin Allah sevgisi, heç bir sevgiylə müqayisə edilməyəcək qədər güclüdür.
Allah Bəqərə Surəsində möminlərin Özünə olan güclü sevgiləri ilə, müşriklərin əyri sevgi anlayışları arasındakı fərqi belə bildirməkdədir:

“İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub, onları, Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir”. (Əl-Bəqərə Surəsi, 165)Ayədə bildirildiyi kimi, insanların bir qismi Allaha şərik qoşmaqda və digər varlıqları Allahı sevdiyi kimi sevməkdədirlər (Allahı tənzih edərik). Möminlər isə, heç bir insanın, maddənin ya da canlının gerçəkdə özünə aid bir gücü ya da gözəlliyi olmadığını bilirlər. Bunların hamısını, sahib olduqları bütün xüsusiyyətlərlə birlikdə yoxdan yaradan ancaq Allahdır. Heç bir canlı öz gözəlliyini hazırlayıb meydana gətirə bilməz. Bir insanın üzündəki gözəlliyi, ya da bir heyvanın sahib olduğu sevimliliyi müəyyən bir ömürlə yaradan və əcəlləri gəldiyində hamısını yox edəcək olan Allahdır, hər gözəllik yalnız Allahın hakimiyyətindədir. Bu səbəblə mömin, qarşılaşdığı bütün gözəllikləri, insanları, heyvanları, təbiəti Allahın yaratdığını bilərək sevər. Bu səbəbdən əsl sevgisi, bütün bu gözəllikləri ona verən və hər şeyin sahibi olan Allaha istiqamətlidir.

“Göylərin və yerin hökmü Onundur. O, heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu təqdir etmişdir”. (Əl-Furqan Surəsi, 2)

Allaha şərik qoşan biri isə, bir insanın gözəlliyini tərifləyərkən, bu gözəlliyin o adama aid olduğunu düşünər. Bu, bir şəkil sərgisini gəzən və bəyəndiyi bir rəsmin gözəlliyinin o rəsmə aid olduğunu düşünərək tərifləyən insanın vəziyyətinə bənzəyər. Halbuki, əsl təriflənməsi lazım olan rəssamdır. Bu səbəbdən, bir insan bəyəndiyi bir gözəlliklə qarşılaşdığında, xoşuna gələn bir səs duyduqda, bir yeməkdən zövq aldığında, dərhal bu gözəllikləri yaradan Rəbbimizi düşünməli, sevgisini, məmnuniyyətini və şükrünü Ona yönəltməlidir. Allaha şərik qoşmaqdan qaçıb iman edənlər, sahib olduqları hər şeyi Allaha borclu olduqlarını bildikləri üçün Allaha çox güclü bir sevgiylə bağlıdırlar.

Hiç yorum yok:

Yorum Gönder