8 Mayıs 2011 Pazar

DİN VƏ MATERİALİZM

Bizi kim yaradıb və həyatınızı kimə borclusunuz?...
Ətrafınızda gördüyünüz bütün canlılar, yaşadığınız dünya və bu dünyanın yerləşdiyi kainat necə var olub? Bütün bunları yaradan iradə kimdir?...
Eləcə də mövcud olan bütün bu varlıqların mənası nədir? Onlar müəyyən məqsəd üçün yaradılıblar? Bu məqsəd sizcə nə ola bilər?...
Bu və oxşar suallara əslində birinsanın cavab axtarması çox mühümdür. Amma insanların çoxu bəlkə də bu suallar haqqında heç düşünmədən bir ömür sürürlər. Yalnız nə yeyib-içdiyini, necə pul qazanacağını, digər insanlarla olan əlaqələrini düşünürlər. Bu cür həyat isəhəddindən artıq boş və mənasızdır. Çünki insan qısa müddət sonra öləcək və gerçək məqsədinə uyğun şəkildə yaşamayıbsa ölümlə birlikdə böyük fəlakətə düçar olacaq.
Bu əsas suallara cavab tapmaq istəyən insan əgər düşünən və araşdıran biridirsə bu halda iki fərqli cavabla qarşılaşacaq.

Birinci cavab bütün kainatın və bütün canlıların bir Yaradıcısı və Hakiminin olması ilə bağlıdır. O üstün və qüsursuz Yaradıcı, yəni Allah hal-hazırda mövcud olan hər şeyi yoxdan var etmişdir. Mütləq, əzəldən bəri var olan yeganə varlıq Odur. Bütün maddi kainat isə Onun əsəridir. Buna görə də bütün bu maddi kainat Onun hakimiyyətinə boyun əymişdir. İnsan isə Allahın yaratdığı və Ondan gələn bir"ruh"dur. Bu ruh hal-hazırda yaşadığımız maddi dünyada bir bədən geyinmişdir, ölümdən sonra da Allahın istəyi ilə yeni bir bədən geyinib axirət həyatına başlayacaq.Bu birinci cavab tarixin əvvəlindən bu yana peyğəmbərlər vasitəsilə insanlara öyrədilmişdir və onun adı da "din"dir.

İkinci cavab isə mövcud olan yeganə həqiqətin maddə olduğunu iddia edir. Bu cavaba görə sonsuzdan bəri var olan əzəli və mütləq varlıq Allah yox, maddədir. Bu cavabda Allahın varlığı qəbul edilmir. Buna görə də kainatın Sahibinin və Hakiminin olması da rədd edilir. Bu cavaba görə kainat maddənin məqsədsiz və təsadüfü hərəkətləri ilə işləyir. Canlılar da cansız maddələrdən təsadüflər nəticəsində əmələ gəlmişdir. Təsadüfən yaranan bu canlılar yenə təsadüflərlə inkişaf etmiş və müəyyən təkamül müddəti nəticəsində insanı meydana gətirmişdir. Bu anlayışa görə insan təsadüfən meydana gəldiyi üçün heç kimə qarşı məsuliyyət daşımır. Ruhu yoxdur və ölümlə birlikdə yox olacaq maddə yığınından ibarətdir.

Bu ikinci cavab qədim dövrlərdən bu yana bəzi insanlar tərəfindən müdafiə olunmuş və "materializm" adlandırılmışdır. Materializmin ən böyük dayağı isə həmişə təkamül fikri olmuşdur. Bu düşüncəyə görə canlılar cansız maddələrdən təsadüflər nəticəsindəmeydan gəlmiş və təkamül edərək insana çevrilmişdir. Qədim Yunanlı fikir adamları tərəfindən müdafiə olunan materializm və təkamül bu gün hələ də Allahın varlığını və dinin doğruluğunu inkar edən düşüncələrin təməlini təşkil edir.

Bəs bu iki cavabdan hansı doğrudur? Əzəli və mütləq olan varlıq Allahdır, yoxsa maddə? Maddi kainat Allah tərəfindən yaradılmış və onu kontrol edən də Allahdır, yoxsa təsadüflərlə işləyən mənasız xaosdur? Canlılar yaradılıblar, yoxsa təkamül nəticəsində meydana gəliblər? Həqiqi varlıq ruhdur, yoxsa maddə?

Əgər bu sualın cavabını tapmaq üçün təmiz vicdan və ön mühakiməsiz ağılla düşünsəniz birincisinin doğru olduğunu görərsiniz. Çünki bizi yaradan Allah, Onu tanımağımıza imkan verən vicdan və ağılı da bizə vermişdir. Bundan əlavəmaddi dünyanı araşdırdığınızda da yenə birinci nəticəyəgələrsiniz. Çünki Allah, varlığını göstərən dəlilləri maddi dünyanın hər yerinə yerləşdirmişdir.

Maddi dünyanı daha dərindən araşdırmaq, yəni elmi nailiyyətlərə müraciət etmək istədiyinizdə də yenə eyni nəticəyə gələrsiniz. Görərsiniz ki müasir elm materialistlərin göstərməyə çalışdıqları imicin əksinə dini təsdiqləyir. Çünki müasir elm:
1) Əsrlərdir əfsanə kimi yaşadılan təkamül fikirini çökdürmüşdür.

2) Əsrlər boyu müdafiə olunan və doğru düşüncə kimi göstərilən materializmin gerçəkdə böyük səhv olduğunu göstərən faktları üzə çıxarmışdır.

Bir sözlə materyalizm və təkamül fikri heç bir dəlilə söykənmədən müdafiə olunan doqmadır. Gerçək mütləq olan varlıq isə maddə yox, Allahdır.

Hiç yorum yok:

Yorum Gönder