8 Mayıs 2011 Pazar

ALLAH QATINDA TƏK ÜSTÜNLÜK ÖLÇÜSÜ TƏQVADIR

Quran əxlaqından uzaq yaşayan cəmiyyətlərdə, insanların çox əhəmiyyət verdikləri və əldə edə bilmək üçün həyatları boyunca böyük səy göstərdikləri bəzi dəyərlər vardır. Bu dəyərləri, insanlar üçün bu qədər əhəmiyyətli və qiymətli hala gətirən isə, cəmiyyətin bu istiqamətdəki dünyagörüşüdür. 
Həyatlarını Quranda bildirilən doğru məlumatlar üzərinə qurmayan insanlar, həyatlarını cəmiyyətin təyin etdiyi bu dəyər mühakimələrinə görə istiqamətləndirərlər. Bu dəyər mühakimələri, insanların öz ağılları istiqamətində etdikləri mənfəətlərdən ibarətdir. Bu səbəbdən heç bir etibarlılığı yoxdur.


Allah, insanların öz ölçüləri istiqamətində qoyduqları bu qaydalara uyğun gəlmələrinin səhvini Quranın bir ayəsində bu şəkildə xatırlatmaqdadır:
“Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?!” (Əl-Maidə Surəsi, 50)İnsanların cahillik inancları istiqamətində ortaya çıxan dəyər mühakimələrindən biri də, aralarındakı üstünlük anlayışıdır. Həyatlarını yalnız dünya həyatının varlığı üzərinə quran insanlar, onlara üstünlük və imtiyaz qazandıracaq olan xüsusiyyətləri, dünyəvi bəzi dəyərlərlə məhdudlaşdırmışlar. Bir kimsənin var-dövlət sahibi, etibarlı olması, müəyyən bir karyera, ya da şöhrət qazanmış olması, fiziki mənada daha cəlbedici olması bu dünyagörüşünü mənimsəmiş olan insanlar üçün böyük əhəmiyyət daşımaqdadır. Bütün bunları bir insanın həyatı boyunca əldə edə biləcəyi ən üstün xüsusiyyətlər olaraq qəbul edirlər. Əgər özləri bu insanlarda olan xüsusiyyətlərə sahib deyillərsə, onlara böyük hörmət edər və onlarla müqayisə etdiklərində özlərini onlara görə daha dəyərsiz hesab edərlər.

Bu dəyər mühakimələri istiqamətində, gündəlik həyatları içərisində qarşılaşdıqları detallara da böyük əhəmiyyət verər və insanları bu ölçülərə görə qiymətləndirərlər. Məsələn, bir kimsənin oturduğu yerin səmti, istifadə etdiyi avtomobilin köhnəliyi, ya da son model olması, atasının nə iş etdiyi, özünün hansı məktəbdə oxuduğu, peşəsi, geyim tərzi, qohumlarının mövqeyi, bəzi insanlar üçün son dərəcə əhəmiyyətlidir. Yoldaş olacaqları, birlikdə vaxt keçirəcəkləri, evlənəcəkləri insanları seçərkən ümumiyyətlə bu xüsusiyyətləri əvvəldən araşdırar və seçimlərini ona görə edərlər.

Dünyanın bir çox ölkəsində, bəziinsanlar üçün bir kimsənin dərisinin rənginin, danışdığı dilin, hansı millətdən olduğunun da böyük əhəmiyyət daşıdığını görərik. Bu üstünlük ölçüləri müxtəlif cəmiyyətlərə görə dəyişiklik göstərməklə birlikdə ümumiyyətlə eyni çərçivə içərisində qalmaqdadır.

Qadınlar haqqında on illərdir davam edən müzakirələrin mənşəyində də yenə bu səhv dünyagörüşləri iştirak etməkdədir. İnsanlar qadını qiymətləndirərkən də yenə cəmiyyətin təyin etdiyi ölçüləri əsas götürməkdə və bunlara görə bir qənaətə çatmaqdadırlar. Bu səbəblə kimiləri qadını ikinci sinif insan olaraq xarakterizə etməkdə və həyatını bu təəssüratı istiqamətində istiqamətləndirməkdədir.

Hiç yorum yok:

Yorum Gönder