9 Mayıs 2011 Pazartesi

Yaşananlardan ibrət almağı bacarmaq


Hər şeyə laqeyd yanaşan insanlar başlarına gələn fəlakətlərdə də Allaha sığınmırlar. Allahın insanların üzərində düşünməyi, çəkinib qorxmağı, Ona yönəlməyi üçün yaratdığı vulkan, zəlzələ, sel, yolxucu xəstəliklər kimi fəlakətlər belə bu insanların fikrini dəyişdirmir. Allah Quranda bu mövzu ilə əlaqədar dəniz fırtınasından xilas olan insanların laqeyd rəftarlarına geri dönmələrini ibrət kimi bildirir.
 
Allah Quranda dənizin ortasında fırtınada çarəsiz qalan insanlardan, Allah onları xilas etdikdən sonra yenə laqeyd rəftarlarına geri dönmələrindən bəhs edir. Bu insanlar Allahın sonsuz qüdrətini görməyib laqeydlik göstərərək dünyəvi ehtiraslarına, din əxlaqından uzaq həyatlarına davam edirlər.

Allah Quranda bu həqiqəti belə bildirir:

"Sizə dənizdə bir çətinlik üz verdiyi zaman (Allahdan) qeyri ibadət etdiyiniz bütlər qeyb olar. Lakin O sizi xilas edib quruya çıxartdıqda üz dondərirsiniz. İnsan nankordur!" (İsra surəsi, 67).
Nə olursa-olsun bu fikirdə olan insanlar üçün hər şey mənasız və dəyərsizdir. Ciddi xəstəlik keçirməyin, başlarına gələn qəza və ya bəlaların olması bu insanlar üçün heç bir əhəmiyyət daşımır. Bu hadisələr qarşısında özlərindən razı insanların vəziyyətləri haqqında Allah Quranda belə buyurur:
"Barı, əzabımız onların başlarının üstünü alanda yalvaraydılar. Lakin (inadları üzündən) qəlbləri sərtləşdi və Şeytan da onlara etdikləri əməlləri süslü göstərdi." (Ənam surəsi, 43)

Qəflətdə yaşayan bu insanlar fəlakətləri, ölümləri, qəzaları və xəstəlikləri həyatın bir parçası kimi qiymətləndirirlər. Əslində ibrət olaraq yaradılan hadisələr bu insanlara görə keçmişdə necə yaşanıbsa, bu gün də eyni şəkildə yaşanan "təbii" və ya "qaçınılmaz" hadisələrdir. Halbuki Quranda Allah bəzi insanların sahib olduqları bu səhv anlayışı xəbər verir və onların “Atalarımıza da belə yaxşı-yaman günlər üz vermişdi”... (Əraf surəsi, 95) ifadəsi ilə ortaya qoyduqları yanlış fikri bildirir. Ayədəki ifadədən aydın olduğu kimi, bu insanların ortaq xüsusiyyəti başlarına gələn hadisələr üzərində düşünüb və Allahdan qorxub-çəkinmək əvəzinə laqeyd olmalarıdır. Ancaq bu laqeyd rəftarların heç biri onlara fayda verməyəcək.

Hiç yorum yok:

Yorum Gönder